Qətər və İsrail girovların mübadiləsinin mümkünlüyü ilə bağlı Avropa paytaxtlarından birində gizli danışıqlar aparır. 

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Elaph" nəşri məlumat yayıb. 

Məlumata görə, İsrail 300-ə yaxın fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb, bunun müqabilində qarşı tərəf FƏTH hərəkatının lideri Mərvan Barqut da daxil olmaqla, uzun müddət cəza çəkən on veteran məhbusu azad edəcək. 

İsrail nümayəndə heyətinə "Mossad" və "Şin Bet" zabitləri, Təhlükəsizlik Şurasının üzvləri və hərbi kəşfiyyat xidmətinin nümayəndələri daxildir.

Ağarza Elçinoğlu