Rusiya tərəfi bütün MDB liderlərinə Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət göndərib və cavab gözləyir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın baş naziri Nikol Paşinyanın səfərinin perspektivlərini şərh edərkən deyib.

“Rusiya Ermənistanın baş nazirinin müvafiq tədbirə səfərini gözləyirmi?” sualına nazir müavini qeyd edib ki, “ənənəvi olaraq MDB dövlətlərinin bütün rəhbərlərinə dəvətlər göndərilir”.

Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilən qəbulda deyib: “Biz bu dəvətlərə münasibət gözləyirik”