Qəzza hökuməti İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 8 min uşaq və 6 min 200 qadını öldürdüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin Qəzzaya hücumları nəticəsində dağıntılar barədə məlumat verilib. Açıqlamada İsrailin hücumları ilə Qəzzada ən azı 8 mini uşaq, 6 min 200 qadın olmaqla 18 min 412 adamı öldürdüyü, 50 min 100 nəfəri yaraladığı bildirilib. Açıqlamada İsrailin hücumları ilə Qəzzada ən azı 8 mini uşaq, 6 min 200 qadın olmaqla 18 min 412 adamı öldürdüyü, 50 min 100 nəfəri yaraladığı bildirilib.İsrailin hücumları nəticəsində Qəzza zolağında 254 min evə ziyan dəydiyi, onlardan 52 min 500-nün tamamilə dağıldığı bildirilib. Açıqlamada, İsrailin Qəzza zolağında 22 xəstəxana və 110 sağlamlıq mərkəzini xidmətdən çıxardığı, 102 təcili yardım maşınını istifadəyə yararsız hala gətirdiyi vurğulanıb.