Misir Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Bəndəri ölkədə keçirilən prezident seçkilərində səsvermənin başa çatdığını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Al-Ahram agentliyi məlumat yayıb. 

Səsvermə yerli vaxtla saat 21:00-da başa çatıb. Qeyd olunur ki, seçkilər yüksək seçici fəallığı ilə müşayiət olunub və bu səbəbdən səsvermə mərkəzlərində izdiham yaranıb.

“Budəfəki prezident seçkilərində vətəndaşların iştirakı seçki məntəqələrində yüksək fəallığa görə tarixi oldu”, - deyə o vurğulayıb.

Qeyd olunur ki, səsvermənin rəsmi dördüncü günü keçirilməsə də, “yüksək fəallıq səbəbindən bəzi yerli komissiyalar öz sədrlərinin qərarı ilə sonuncu seçiciyə qədər işləyə bilər”.

Yerli səslərin hesablanmasının çərşənbə günü, dekabrın 13-də başa çatacağı gözlənilir. Seçkilərin rəsmi nəticələri dekabrın 18-də açıqlanacaq.