Ermənistanın paytaxtı İrəvanda 21 yaşlı E.P-nın idarə etdiyi "Mercedes" markalı avtomobillə "Kia" toqquşub.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülər xəsarət alıb.
Məlum olub ki, 21 yaşlı E.P-nın idarə etdiyi avtomobil Qazaxıstanın Ermənistandakı səfirliyinin balansındadır və səfir Bolat İmanbayevin xidmət maşınıdır.
Qəza faktı ilə bağlı araşdırma aparılır.
Gülayə Mecid