"Sabah"ın baş məşqçisi Murad Musayevə daha bir Rusiya klubundan təklif gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Birinci divizionda mübarizə aparan "Şinnik" 40 yaşlı mütəxəssislə danışıq aparır. Yaroslavl təmsilçisinin idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl bu məqsədlə Azərbaycana səfər etdiyi də bildirilir. Klubun baş direktoru Qalimcan Xayrulin bu barədə açıqlama verib: "Bəli, Aleksandr Mixayloviç Azərbaycana uçdu. Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik. Hazırda Yaroslavl vilayətində futbolun inkişafı üçün hər şey edilir".
Qeyd edək ki, Murad Musayev 2021-ci ildən "Sabah"ı çalışdırır.