Türkiyədə yerin 30 metr dərinliyində xəzinə axtaran 10 nəfər saxlanılıb. 

 "Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Meşə sahəsində qanunsuz qazıntı işləri aparıldığı barədə məlumat alan Çarşamba İlçe Jandarma Komandanlığı və Çarşamba Jandarma Cinayət Axtarış Qrupu tərəfindən əməliyyat təşkil edilib. Nəticədə xəzinə tapmaq üçün 30 metrlik çuxur qazan 10 nəfər cinayət başında yaxalanıb. Qazıntı zamanı istifadə edilən 350 metr elektrik naqili, 8 ədəd deşici alət, 1 ədəd kürək və 1 ədəd kəsici alət dəlil olaraq götürülüb. 

Fidan Camal