Ermənistan və Rusiya departamentləri televiziya yayımı sahəsində məsləhətləşmələr aparıblar. Rusiya televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Ermənistan-Rusiya sazişinin bir sıra bəndlərinin pozulmasını etiraf edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin məlumatında deyilir.
İrəvanda ikitərəfli məsləhətləşmələr keçirilib: Ermənistan tərəfdən yüksək texnologiyalar nazirinin müavini Avet Poqosyan, Rusiya tərəfdən isə rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Bella Çerkesova iştirak edib.
Qeyd olunur ki, məsləhətləşmələrdən sonra Rusiya tərəfi pozuntuları etiraf edib, bundan sonra birgə bəyanat imzalanıb. İkitərəfli sazişin bütün bəndlərinə lazımi şəkildə əməl olunmasını təmin etmək üçün tədbirlərin görülməsi qərara alınıb.
Rusiya kanallarının sonrakı yayımı ilə bağlı müzakirələr Birinci Kanalda 2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı verilişin efirə getməsindən sonra qızışıb.