Qırmızı dənizdə Liberiya bayrağı altında üzən yük gəmisi husilərin hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Bildirilir ki, Yəməndən atılan mərmi ilə vurulan gəmidə yanğın başlayıb.  Yəmənin husi üsyançıları son günlər bir sıra raket hücumları həyata keçirib, lakin Əl-Cəsrə yük gəmisinə hücumun məsuliyyətini hələ öz üzərinə götürməyib.

Qeyd edilir ki, İran tərəfindən dəstəklənən yəmənli üsyançılar İsrailin HƏMAS-a qarşı müharibəsinə cavab olaraq hücumlar həyata keçirməyə başlayıblar.

Gülayə Mecid