Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə muxtar respublikaya Bakıdan daha 3 aviareys təxirə salınıb.

"Unikal" xəbər verir ki, müvafiq olaraq bugün saat 07:00-da, 11:50-də və 16:40-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, J2-253 və J2-255 reysləri təxirə salınıb.

*** 09:24

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

"Unikal" xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi saat 9:30-a kimi təxirə salınıb.

Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə əlaqədardır.