Sumqayıtda 23 yaşlı gənc oğlan dəm qazından boğulub.
"Unikal" report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Rauf Allahverən oğlu Həsənov yaşadığı fərdi evdə bu gün səhər dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.