Rumıniya Parlamentinin üzvü George Simion Rusiyanın səfiri Valeri Kuzmini persona non grata elan etməyi təklif edib.
"Unikal" xəbər verir ki, o qeyd edib ki, bu, Rumıniyanın Rostov-na-Dondakı konsulluğunun bağlanmasına cavabdır.
“Hesab edirəm ki, cənab Kuzminin tutduğu vəzifəyə görə persona non-qrata elan edilməlidir”, - deputat bildirib.
O qeyd edib ki, radikal həll yolu Rusiyanın Rumıniyadakı bütün konsulluq və nümayəndəliklərinin bağlanması ola bilər.