UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

Qruplarda birinci yeri tutan komandalar ikinci yerlərin sahiblərinə rəqib olublar.

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)

PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)

“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)

PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)

“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)

“Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.

***10:30

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə bu raundun cütlükləri bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Turnirin 1/8 finalında eyni ölkəni təmsil edən və qrup mərhələsində qarşılaşan komandalar üz-üzə gələ bilməzlər.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real Madrid", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", "Borussiya" Dortmund (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 13, 14, 20 və 21-də, cavab matçları isə martın 5, 6, 12 və 13-də keçiriləcək.