Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son gündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçirilib.

Bu oyuna qədər 35 xalı olan “Qarabağ” qış çempionluğunu təmin etmişdi. Ağdam təmsilçisi bu oyunda da qalib gəlsə, əsas izləyicilərindən uzaqlaşacaqdı. “Neftçi” isə 25 xalla 5-ci yerdə qərarlaşmışdı. "Ağ-qaralar" qalib gəlməklə 3-cü pilləyə yüksələ bilərdi. Onu da əlavə edək ki, "Neftçi" son 9 "Azərbaycan derbisi"ndə 3 xal qazana bilməmişdi. Bu oyunda da "Qarabağ" qalib gəlib və rəqiblərindən daha da uzaqlaşıb.