Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.

"Unikal" xəbər verir ki, 2-ci oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.

"Araz-Naxçıvan" "İrəvan"ın qonağı olub. Matçda 10 qol vurulub. Naxçıvan təmsilçisi 8:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Digər oyunda isə "İmişli" "Qəbələ"ni qəbul edir. Bu qarşılaşma saat 16:00-da start götürüb. Bu cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan"a rəqib olacaq.

Qeyd edək ki, 1/8 final bir oyundan ibarətdir.