La Liqanın 18-ci turunda "Qranada" "Sevilya"nı qəbul edib.
"Unikal" xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə "Qranada" antirekorda imza atıb. Klub ardıcıl 15 oyundur ki, qələbəyə həsrətdir.
Qeyd edək ki, Aleksander Medinanın rəhbərlik etdiyi kollektiv bu mövsüm 18 oyunda hesabına 8 xal yazdırıb. "Qranada" hazırda 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.