BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci sessiyası çərçivəsində tədbir iştirakçıları Pirallahı adasında fəaliyyət göstərən "Nərəmiz" balıqyetişdirmə zavodunda olub.

"Unikal" xəbər verir ki, Türkiyə, Qırğızıstan, Tacikistan, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan nümayəndələri  zavodun işləmə prinsipi, nərə balığının yetişdirilməsi və böyüdülməsi, eləcə də gələcək perspektivlərlə bağlı məlumat əldə ediblər.

Daha sonra “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyası müzakirələrlə davam edib və günün ikinci yarısında öz işini başa çatdırıb.