Sabah ölkədə güclü külək əsəcək.

Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Sabah gündüz saatlarından dekabrın 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

***12:17

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.