Yan Palax meydanındakı Karl Universitetində baş verən atışma nəticəsində ölənlərin və yaralanların sayı artmaqda davam edir.

"Unikal" xəbər verir ki, atəş açanın adı David Kozakdır. İlkin məlumata əsasən, o, üç nəfəri güllələyib, iyirmi nəfəri isə yaralayıb.

D.Kozak, Karl Universitetinin fəlsəfə fakültəsinin dördüncü mərtəbəsində atəş açmağa başlayıb. Bəzi tələbələr güllədən yayınmaq üçün pəncərədən kənara atılaraq, karnizlərə çıxıblar. Qızlardan biri müvazinətini saxlaya bilməyib və yerə yıxılıb. O, hücumun dördüncü qurbanı sayılır.

İlkin məlumata əsasən, hadisə yerinə onlarla polis maşınının gəldiyini görən D.Kozak özünü güllələyib.

Xarici KİV-in yaydığı ən son məlumata görə isə, ölənlərin sayı 15-ə çatıb.

***19:58

Praqa Universitetində tələbələrə atəş aşan şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, şəxsin adı David Kozakdır.

O, 10 tələbəni güllələyib, daha 20 nəfəri yaralayıb.

Universitet binasının kənarında gizlənən tələbələrdən digəri yıxılaraq dünyasını dəyişib. Hücum edənin motivləri barədə heç nə məlum deyil.

Silahlı insidenti törədən şəxs intihar edib.

19:13

Praqanın mərkəzində Karl Universitetinin fəlsəfə fakültəsinin binasına atəş açan şəxs zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə yerli polis bildirib. Ölkənin hüquq-mühafizə orqanları atışma nəticəsində onlarla yaralı və ölən olduğunu bildirib. Çexiya paytaxtının meri hücumçunun öz həyatına son qoyduğunu deyib.

19:13

Praqadakı Karl Universitetində atışma baş verib.

"Unikal" xəbər verir ki, universitetin fəlsəfə fakültəsinin binasında atışma başlayıb, ölən və yaralananların olduğu bildirilir.

Naməlum şəxs binada qalmaqda davam edir, təhsil müəssisəsindən çıxa bilməyən tələbələrdən sinif otaqlarında barrikada qurmaları xahiş olunur. Bəzi tələbələr binanın damında gizlənirlər.

19:03

Çexiyanın paytaxtı Praqada məktəbdə atışma baş verib.

"Unikal" xəbər verir ki, yaralılarla nəticələnən atışma Praqanın mərkəzində, Yan Palaç meydanında yerləşən məktəbdə baş verib. Bu barədə Çexiya polisinin açıqlamasında bildirilir .