Xəbər verdiyimiz kimi, Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışma Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. tərəfindən həyata keçirilib.

"Unikal"ın xarici mediaya istinadən məlumatına görə, məlumatı Çexiya polisi təsdiqləyib. 

Müəyyən edilib ki, David K. bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına hazırlaşırmış. Onun silahı qanuni olub. Bundan əlavə, polis onun atasını bir neçə saat əvvəl öldürməsindən şübhələnir.

*** 21:15

Xəbər verdiyimiz kimi, Praqada Karl Universitetində silahlı insident baş verib.

"Unikal"ın məlumatına görə, David Kozak adlı şəxs tələbələrə atəş açıb. Nəticədə 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisəni törədən 24 yaşlı David  özü də tələbə olub. O, insidentdən sonra intihar edib.