Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib. Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyədə ölkə maraqlarına əsaslanaraq həyata keçirilən müstəqil xarici siyasət dövləti beynəlxalq gündəmi müəyyən edən və yerləşdiyi kritik coğrafiyalarda təsir yaradan bir faktora çevirib. Türkiyənin Xarici İşlər Nazirliyi bu çağırışları nəzərə alaraq strateji hədəflərini “Regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi”, “Ölkənin xarici əlaqələrinin institusional əsaslarını yeni ittifaqlar və tərəfdaşlıq mexanizmləri vasitəsilə genişləndirmək”, “Bölgədə iqtisadi inkişafı və rifahı yaxşılaşdırmaq” və “Qlobal sistemin transformasiyasına təsir etmək” olmaqla dörd əsas nöqtəyə istiqamətləndirib.