Türkiyənin Hatay bölgəsinin Antakya rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ətraf əyalətlərdə də hiss edilən zəlzələ yerin 9 kilometr dərinliyində baş verib.
Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Hatayın Antakya rayonu olan, saat 21.24-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələdə ilkin məlumata görə heç bir mənfi təsirin yaşanmadığı bildirilib.