Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır türk kosmos səyahətçisi Alper Gezeravcının kosmosa getmə tarixi ilə bağlı rəsmi sosial media hesabından açıqlama verib.

"Unikal" xəbər verir ki, nazir açıqlamasında Gezeravcının səyahətin tarixinin 17 yanvar 2024-cü il tarixinə təxirə salındığını bildirib.