Macarıstanın baş naziri Viktor Orban xüsusi hərbi əməliyyatın (SVO) başlamasından bəri ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Sky News telekanalı məlumat yayıb.

“Macarıstan prezidenti Zelenski ilə görüş dəvətini qəbul etdiyini bildirib”- materialda deyilir.

Telekanalın məlumatına görə, əgər iki siyasətçi arasında görüş həqiqətən baş tutsa, bu, xüsusi əməliyyat başlayandan bəri ilk rəsmi görüş olacaq.

Orbanın sözlərinə görə, Ukrayna lideri artıq dekabrın əvvəlində ikitərəfli danışıqların aparılmasını təklif etmişdi.

“Ona dedim ki, onun sərəncamında olacağam. Biz yalnız bir suala aydınlıq gətirməliyik: nədən danışmaq lazımdır”, - deyə Macarıstanın baş naziri yekunlaşdırıb.