Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışmanın terrorizm və ya mütəşəkkil cinayətlə əlaqəsi yoxdur.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

"Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma terror aktı deyil və mütəşəkkil cinayətlə əlaqəsi yoxdur. Hazırda baş verənlər tək adamın işi kimi görünür”, - deyə Fiala bildirib. 

Onun sözlərinə görə, polis və təhlükəsizlik xidmətləri baş naziri əmin ediblər ki, vəziyyətə tam nəzarət edirlər və heç bir şey vətəndaşları təhdid etmir.

Nuranə Abbasova