Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bir gündə 29 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. 

Departamentin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçuş aparatları Luqansk Xalq Respublikasının (LXR) Svatovo, Beloqorovka, Donetsk Xalq Respublikasının (DXR) Mayorsk və Qorlovka yaşayış məntəqələri ərazilərində məhv edilib.  

Bundan əlavə, rus qoşunları dörd HIMARS reaktiv yaylım atəş sistemini məhv edib.