Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünə yeni müşavir təyin edilib.
“Unikal” xəbər verir ki, Rəşad Məsim oğlu Məmmədov AMB sədrinin yeni müşaviri təyin edilib.
Qeyd edək ki, R. Məmmədov 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.