Argentinanın Rosario şəhərinin mərkəzində bir neçə min insan prezident Xavyer Milinin iqtisadiyyatı yumşaltmağa yönəlmiş islahatlarına etiraz edib.

"Unikal" xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, etiraz aksiyası sakit və insidentsiz keçib. 

Xatırladaq ki, ötən gün Argentinanın yeni prezidenti Xavyer Miley 2025-ci il dekabrın 31-dək ölkə iqtisadiyyatı, səhiyyə və sosial sahədə fövqəladə vəziyyət elan edib.