İsrail ordusunun 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 98-ə yüksəldiyi açıqlanıb.

"Unikal" xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib. Açıqlamada Ala Əbu Muammer adlı jurnalistin İsrailin hücumunda həyatını itirdiyi, bununla da oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 98-ə yüksəldiyi vurğulanıb.

Həmçinin Media Ofisinin daha əvvəlki açıqlamasında  İsrailin "Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü" bildirilmişdi.

Fidan Camal