Ermənistanda fermer balıqçılar yenə etiraza qalxıblar. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Küçəni bağlayan etirazçılar hökumət binasına doğru yürüş edirlər.

Xatırladaq ki, uzun müddətdir ki, balıqçılar yanvarın 1-dən qüvvəyə minəcək qanuna etiraz olaraq aksiyalar keçirirlər.

Su ehtiyatlarının israfını azaltmaq üçün hökumət qərara alıb ki, balıq təsərrüfatına xidmət etdikdən sonra təbii mənbədən götürülən su yenidən təbiətə axmayacaq, süzgəclərdən keçdikdən sonra qalacaq və yenidən istifadə olunacaq.

Ağarza Elçinoğlu