"Vaqner"in rəhbəri Yevgeni Priqojin öldürülüb, onun qətlini Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru və Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev təşkil edib. 

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. 

Patruşev Putinə xəbərdarlıq edib ki, Ukrayna ilə müharibədə Priqojin Kreml üçün təhlükə yaradır. Patruşev Putinə Priqojinin təhlükəsi ilə bağlı xəbərdarlıq etməyə hələ 2022-ci iliun yayında başlayıb, lakin Putin onun sözlərinə qulaq asmayıb, çünki onlar döyüş meydanında uğur qazanırdılar.

Məlumata görə, Priqojin Putinə zəng edərək kobud tonda sursat çatışmazlığından şikayətlənib. Patruşev həmin an Putinin kabinetində olub. Patruşev hesab edirdi ki, Priqojin artıq Kremldə hörmətini itirib. 2023-cü ilin iyun ayında Priqojin üsyana başlayanda Patruşev prosesi nəzarətə götürmüşdü. 

Avqustun 23-də Priqojin Şeremetyevo hava limanında təyyarəsinin yoxlanılaraq havaya qalxmasını gözləyirdi. Elə bu vaxt onun oturacağına kiçik bir bomba qoyulub. Uçuşdan yarım saat sonra, təxminən 8500 metr yüksəklikdə bomba partladılıb. Təyyarədə olan on nəfərin hamısı həlak olub. 

Ağarza Elçinoğlu