Belqradda (Serbiya) məşhur gecə klubu “Kartel” dekabrın 24-nə keçən gecə təhlükəsizlik işçiləri ilə müştərilər arasındakı toqquşmadan sonra batıb.

"Unikal" xəbər verir ki, su üzərində yerləşən gecə klubunda reper Tsunami konsert verib. Müəyyən bir məqamda təhlükəsizlik əməkdaşları ziyarətçiləri küçəyə çıxarmağa başlayıb.

Yaranan sıxlıqdan taxta konstruksiya uçub və gecə klubu su altında qalıb.