Türkiyə polisi narkotik ticarəti ilə məşğul olan "Comanchero" bayker dəstəsindən 21 avtomobil müsadirə edib. 

"Unikal" xəbər verir ki, dəbdəbəli avtomobillər Avstraliyanın məşhur "Comanchero" narkotik kartelinə qarşı keçirilən əməliyyat zamanı ələ keçirilib. Əvvəllər motosiklet klubu olan "Comanchero" bütün dünyada narkotik ticarəti, qətl, quldurluq və çirkli pulların yuyulması ilə məşğul olub. Polis 37 nəfəri saxlayıb.

Türkiyə Daxili İşlər Nazirliyi avtomobillərin İstanbul Polisinin Trafik Nəzarəti Şöbəsinə təhvil verildiyini təsdiqləyib.