Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb. 

Belarus lideri dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Sammitin gündəliyinə Aİİ-də inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas istiqamətlərə, beynəlxalq fəaliyyətlərə, makroiqtisadi siyasətə, maneələrin aradan qaldırılması işinə, ittifaqın daxili bazarında güzəştlərin və məhdudiyyətlərin azaldılmasına aid olan iyirmidən çox məsələ daxildir.

Lukaşenko bir gün sonra MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Ağarza Elçinoğlu