Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Federasiyasından İrana fiber-optik rabitə xətti çəkməyi təklif edib.
"Unikal" xəbər verir ki, Qazaxıstan Prezidenti əmin olduğunu bildirib ki, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaradacaq və logistika sahəsində Aİİ-nin mövqeyini gücləndirəcək.
“Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafının tərəfdarıdır. Mən Hind okeanı sahilləri boyu mövcud beynəlxalq xətlərə qoşulmaq üçün Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, - Tokayevdən qeyd edib.
Bu gün Vladimir Putin sammitdə İranla müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsinin Avrasiya İqtisadi Birliyinin bütün iştirakçıları üçün faydalı olacağını bildirib.