Tokionun Haneda hava limanına enərkən sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşan "Yaponiya Hava Yolları"na məxsus sərnişin təyyarəsində ölənlər olub. 

"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Yanğın nəticəsində təyyarənin 5 ekipaj üzvü həlak olub.

 

Toqquşmanın səbəbləri barədə hələ ki, məlumat yoxdur.

***13:51

Yaponiya Hava Yollarına məxsus təyyarə Tokionun Haneda hava limanında yanır. 

"Unikal" xəbər verir ki, bu barədə "NHK Japan" məlumat yayıb. 

Təyyarə Haneda hava limanına endikdən sonra Yaponiya Sahil Mühafizəsi təyyarəsi ilə toqquşub.

Təyyarə hazırda yanır. Xilasedicilər 400-ə yaxın sərnişin və heyəti təxliyə etməyə çalışırlar.

Ölən və yaralılar barədə məlumat açıqlanmayıb. 

Qəza ilə bağlı hava limanında bütün uçuşlar dayandırılıb. 

Ağarza Elçinoğlu