Tovuzda dəmir yolu xəttində teplovozun vurması nəticəsində ölən şəxsin kimliyi məlum olub. 

"Unikal" xəbər verir ki, ölən şəxs Tovuz rayon sakini 1968-ci il təvəllüdlü Azər Mirzəyevdir. 
 

*** 22:27

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

Azərbaycan Dəmir Yollarından (ADY) "Unikal"a bildirilib ki, bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

*** 22:04

Tovuzda qatar piyadanı vuraraq ölüdürüb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Böyük-Kəsik dəmiryolunun Tovuz stansiyasından keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Tural Əhmədov