Qəbələdə ağaca çırpılan avtomobil yanıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.  Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb. Hadisə nəticəsində sürücü və sərnişini, Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildrilib ki,hazırda faktla bağlı araşdırma aparılır.

Seymur Əli

23:03

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Əmili kəndində baş verib.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananlar var.