Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda polis maşını aşıb.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, qəza nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Müalicə olunan polislərdən birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti normaldır.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Ağarza Elçinoğlu