Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conqun Pxenyanın artilleriya atəşi aparmaması ilə bağlı sözləri "komediyadır".

"Unikal"  xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıblar. 

"Kim Yo Conqun bəyanatı komediyaya bənzəyən keyfiyyətsiz təbliğatdır və Şimali Koreyanın Cənubi Koreya ordusuna etimadı sarsıtmaq üçün sadəcə bayağı bir texnikadır ", -  məlumatda deyilir. 

Vurğulanır ki, KXDR liderinin bacısının sözləri Cənubi Koreyada daxili münaqişələr səpmək məqsədi daşıyır. 

Onlar əmin ediblər ki, Cənubi Koreyada apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində Pxenyandan mümkün təxribatları izləyirlər və onlara qəti cavab verməyə hazırdırlar.