“Araz-Naxçıvan” futzal klubu yeni ildə ilk transferini rəsmiləşdirib.
"Unikal" xəbər verir ki, son ölkə çempionu braziliyalı hücumameyilli oyunçu Andre Korrea dos Santos Junioru heyətinə qatıb.
“Andrezinyo” ləqəbli 26 yaşlı futzalçı mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.