"Mançester Siti"nin müdafiəçisi Kayl Uolker komandanın kapitanı kimi təsdiqlənib.

"Unikal" xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. İlkay Gündoğan ötən yay "Barselona"ya getdikdən sonra klubda əsas kapitan vəzifəsi boş qalmışdı.

33 yaşlı oyunçu komandanın əsas kapitanı, Kevin de Brüyne isə vitse-kapitan olacaq.

Uolker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 27 oyuna çıxıb və 2 qol ötürməsi verib.