Qadın voleybolçulardan ibarət Yüksək Liqada ilin ilk oyunu keçirilib.

"Unikal" xəbər verir ki, turun açılış matçında liderlər sırasında yer alan “Abşeron”la bu mövsüm bir qələbəsi olan “Milli Aviasiya Akademiyası” üz-üzə gəlib. Gərgin keçən görüş autsayderin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşır.