İspaniya yığmasının və "Barselona"nın futbolçusu Qavi Avro-2024-ü buraxacaq.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazırda zədəli olan futbolçunun sağalma prosesi gözlənildiyindən qat-qat yaxşı gedir. Proses "Barselona"nın tibbi xidməti və fizioterapevtləri, həmçinin İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən yaxından izlənilir.
Futbolçu təqribən gələn ay daha böyük intensivliklə məşqlərə başlamağı planlaşdırır. "Barselona"nın hesablamalarına görə, bu ritmdə Qavinin komandaya iyun ayında qayıtması gözlənilir. Lakin o, Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatına qatılmayacaq. İspaniya Futbol Federasiyası oyunçu ilə bağlı risk etmək istəmir.
Xatırladaq ki, yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) zədələnmişdi. Bu mövsüm Qavi "Barselona"nın heyətində 15 oyunda iştirak edib.