İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.
"Unikal" xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun meneceri Entso Rayola İtaliya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, ulduz futbolçu ilə bağlı bir çox ölkədən zənglər gəlir: “Onun arzusu yenidən İtaliyaya qayıtmaqdır. Amma hazırda Azərbaycan, İsrail, Argentina, Braziliya və Çindən təkliflər gəlir”.
Qeyd edək ki, Mario Balotelli hazırda Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinir.