Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Türkiyə klubuna keçir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, 26 yaşlı hücumçunun "Kocaelispor"a keçdiyi qeyd olunub. Onun "Kocaelispor"la 1,5 ilik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, R.Şeydayev 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalayıb.