"Fənərbaxça" "Union"un futbolçusu Leonardo Bonuççini transfer etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Superliqa təmsilçisi 36 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcəyini bildirib. O, Bakı vaxtı ilə 19:30-20:00 radələrində İstanbulda olacaq.
Qeyd edək ki, Bonuççi 2023-cü ilin yayında azad agent kimi “Union”a keçib. O, Bundesliqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və 1 qol vurub.