Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.
Klubdan "Unikal"a verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.