Azərbaycan Basketbol Liqasının XX turunun və ikinci dövrənin açılış oyunu baş tutub.
"Unikal" xəbər verir ki, günün yeganə qarşılaşması "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "Neftçi" klubları arasında olub. Gərgin keçən görüş "Xəzri"nin 86-84 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu 22 xal, 8 ribaundla Amil Həmzəyev olub. "Ağ-qaralar"da isə Kamran Məmmədov - 20 xal, 6 ribaundla oyunu başa vurub.
Bu komandalar arasında ilk dövrədə keçirilən matçda da "Xəzri" qalib gəlmişdi.
Qeyd edək ki, XX turun növbəti oyunları ("Sumqayıt" - "NTD-İndiqo", "Cəlilabad" - "Sərhədçi", "Şəki" - "Xırdalan", "Gəncə" - "Sabah") müvafiq olaraq yanvarın 12, 13, 14-də baş tutacaq.