"Bu dünyada ən çox təklikdən qorxuram. Allah heç bir qadını təkliklə sınamasın".
"Unikal" xəbər verir ki, bu sözləri xanəndə Nigar Şabanova "Rəngarəng səhər" verilişində deyib.
O, həyatda tək qalmaqdan və sınanılmaqdan qorxduğunu ifadə edib:
"Həyatda ən çox anamı sevirəm. Onunla sınanıldım. Hazırda o, ağır xəstədir. Mən onun sayəsində Nigar olmuşam. Bu qədər başıma gələnlərin anamın sayəsində öhdəsindən gəlmişəm".